Ukrayna PUA-ları Rusiyanın bu vilayətinə hücum etdi

 18:18 28.03.2024     217

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Yakovlevski şəhər rayonundakı infrastruktur obyektinə pilotsuz uçan aparat (PUA) vasitəsilə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında bildirib.

"Yakovlevski şəhər rayonunda, Tomarovka kəndi ərazisindəki infrastruktur obyekti Ukrayna Silahlı Qüvvələri tərəfindən təyyarə tipli PUA-dan istifadə edilərək hücuma məruz qalıb. İtki yoxdur. 400 kvadratmetr sahədə quru ot yanıb. Yanğınsöndürənlər yanğını dərhal söndürüblər”, - deyə o yazıb.

Turan İSMAYIL