Pravoslav Kilsəsi Pasxa bayramı zamanı atəşkəs çağırışı etməyəcək

 15:46 27.04.2024     288

Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna ilə Rusiya arasında atəşkəs çağırışı etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə - Moskva Patriarxlığının Sinodal şöbəsinin rəhbərinin müavini Vaxtanq Kipşidze bildirib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna tərəfinin mənasızlığı və anlaşılmazlığı səbəbindən artıq atəşkəsə cəhd etmir.

Mayın 5-də provaslav xristianların Pasxa bayramı qeyd ediləcək. 2022 və 2023-cü illərdə Rus Provaslav Kilsəsi Pasxa bayramı günlərində cəbhə xəttində atəşkəs təklifi ilə çıxış edib.