Ermənistanda bir qrup hərbçi istefa verib

 17:08 27.04.2024     396

Ermənistanda bir qrup müqaviləli hərbçi ordu sıralarında xidmətdən istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Yerevan.today” məlumat yayıb.

Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KİV-i yalan və dezinformasiya yaymaqdan çəkinməyə, rəsmi hesabat və açıqlamalara istinadən etməyə çağırır.