Zəngəzurda İrana məxsus avtobus qəzaya uğradı, ölənlər və yaralananlar var

 19:51 27.04.2024     264

Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.