İmişlidə bayrağımıza hörmətsizlik olunub? - FOTO

 18:47 12.08.2020     2236

Sosial şəbəkələrdə İmişli rayon Məhkəməsinin binası üzərində asılan Azərbaycan bayrağının cırıldığını əks etdirən görüntülər yayılıb.

İmişli rayon İcra Hakimiyyətindən Redaktor.az-a verilən məlumata görə,yayılan görüntülər bir neçə il əvvəl çəkilib:

“Sosial şəbəkələrdə yayılan görüntülər bir neçə il əvvələ məxsusdur. Hazırda İmişli rayon məhkəməsinin binasından asılan bayraq tam qaydasındadır, istəyən gəlib, baxa bilər”.

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü ve açık hava

Mahir Xəttab \ Redaktor.az

Hadı Rəcəblinin qardaşı işdən çıxarıldı

 18:57 12.08.2020     2105

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilərək yerində şöbə yaradılıb.

Maliyyə şöbəsinə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, İqbal Rəcəbov Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır. //Mediapost.az