Çinli gənclər Qarabağla bağlı paylaşımlar edib - FOTO

 13:52 29.09.2020     533

Yüzlərlə çinli gənc öz sosial şəbəkə hesablarında Azərbaycanla, Qarabağla bağlı paylaşımlar edib.

Redaktor.az xəbər verir ki, onlar Çində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Çinin ən böyük sosial şəbəkələrində Qarabağ həqiqətləri ilə bağlı yaydıqları məlumatları paylaşıblar.

Paylaşımlarda Qarabağın tanınmış mədəniyyət və incəsənət xadimlərinin şəkillərindən ibarət poster də yer alıb.

Şəfəq Samed