Bakıda yol qəzası - Piyada vuruldu

 17:55 30.11.2020     432

Bakıda piyada qadını avtomobil vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Niftəliyeva Yasəmən İdris qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. 

Hazırda qadının vəziyyəti ağırdır.