Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb

 22:06 27.01.2021     330

Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib. //APA