Oğurlanmış qaz sayğacının istifadəsi mümkün deyil - "Azəriqaz"

 13:35 28.01.2022     386

"Qaz sayğaclarının quraşdırılması tamamilə ödənişsiz həyata keçirilir. Digər bir qurğunun və ya avadanlığın oğurlanması kimi qaz sayğacının da oğurlanması zamanı da hüquq-mühafizə orqanlarına müraciət edilir. Vətəndaş müraciət etdiyi təqdirdə müvəqqəti olaraq əvəzləyici sayğac quraşdırılır".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov məlumat verib. O bildirib ki, araşdırma bitənə və məsələ öz həllini tapana qədər vətəndaş qazla təmin edilir:

"Son dövlərdə qaz sayğacının oğurlanması halları ilə tez-tez rastlaşırıq. Sayğacın oğurlanması faktına adətən yaşayış olmayan evlərdə daha çox rast gəlinir. Bəzən vətəndaş uzun müddət mənzilində yaşamırsa və ya mənzildə təmin gedirsə qaz sayğacı oğurlanır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir və oğurlanmış qaz sayğacının istifadəsi mümkün deyil. Bu qaz sayğacı abonentin hesab koduna bağlandığı üçün abonentin hesab kodu da bağlanır. Bu halda yalnız qeyri-qanuni şəkildə istifadədən söhbət gedə bilər. Sayğacı oğurlayan şəxslər hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılır".

Şəbnəm Mehdizadə