Bu şəxslər təxliyə üçün müraciət etməsin - Səfirdən çağırış

 17:39 07.02.2023     437

"Soydaşlarımızdan xahiş edirik ki, fövqəladə vəziyyət elan olunmayan ərazilərdən təxliyə istənilməsin".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. 

"Bəzi yerlərdə dağıntı yoxdur, həyat davam edir. Başa düşmək lazımdır ki, ilk olaraq dağılmış ərazilərdən vətəndaşlarımızı təxliyə etməliyik. Çünki hazırda yaşayış yerləri dağılıb, yaşam üçün lazım olan ləvazimatlar tapmaq çətindir. Digər ərazilərdə olan vətəndaşlar özləri gedə bilərlər. Biz yalnız təxliyəni dağıdılan ərazilərdən edəcəyik, bunu ilkin olaraq planlaşdırmışıq", - deyə səfir Türkiyədəki vətəndaşlarımıza müraciət edib.