Arıqlamaq üçün ORUC TUTMAQ savabdır? - İlahiyyatçı AÇIQLADI

 15:20 23.04.2019     1394

“Ramazan ayında arıqlamaq üçün oruc tutmağın savabı yoxdur”.

Elə insanlar var ki, onlar məhz arıqlamaq üçün Ramazan ayında oruc tutur. Lakin ilahiyyatçılar bunu qəbul etmirlər.

Bu düşüncə ilə oruc tutulmasını ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında şərh edib. O, qeyd edib ki, Ramazan ayında arıqlamaq üçün oruc tutmağın savabı yoxdur:

“İnsanın məhz arıqlamaq üçün oruc tutması düzgün deyil. Müsəlmanlara vacib buyurulan ibadətlərin hər biri Allaha yaxınlaşmaq niyyətilə olmalıdır. Bu niyyətdən kənar, edilən ibadətlər qəbul olmur. Oruc tutmağın nəticəsi olaraq, insan arıqlaya bilər. Bu, normaldır. Ramazan ayında arıqlamaq üçün oruc tutmaq adıyla pəhriz saxlanmaq doğru deyil”.

Onu da qeyd edək ki, bu il Ramazan ayı may ayının 6-sı başlayacaq.

Gülşən Şərif/ Redaktor.az