Ramazanda oruc tutmaq istəyənlər, DİQQƏT! - Bu hazırlıqları görün

 15:10 27.04.2019     903
Ramazan ayının başlamasına 9 gün qalıb.
 
Ramazan ayında oruc tutanların sağlam şəkildə qidalanması olduqca vacibdir. Redaktor.az Ramazan ayını sağlam keçirməyin 8 üsulunu təqdim edir:
 
1. Porsiyaları azaldın
 
Gün ərzində qəbul etdiyiniz yemək porsiyalarınızı kiçiltməyə ehtiyac var. 
 
2. Su istehlakını artırın
 
Ramazan ayında ən böyük problem aclıqdan çox susuzluqdur. Ramazandan öncə susuzluğa vərdiş etmək üçün su içməmək çox yanlışdır. Gündə 8-10 stəkan su için.
 
3. Ağır və yağlı qidalardan uzaq durun
 
Ramazan ayı öncəsi yağlı, şəkərli və duzlu qidaları azaldın. Qida qəbulunda meyvə və tərəvəzə daha çox üstünlük verin.
 
4. Duzu azaldın
 
Duz həm susuzluq gətirir, həm də insanın müqavimət qabiliyyətini azaldır.
 
5. Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın
 
Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.
 
6. Çay və kofeni azaldın
 
Çay və ya kofe orqanizmin suyunu azaldır.
 
7. Səhər yeməyi yeyin
 
Səhər yeməyi yeyən deyilsinizsə, oruc öncəsi səhərlər qalxıb, yeməyə çalışın. Səhər qidalanmasında yumurta, pendir, süd, qatıq, çörək, zeytun, qoz ləpəsi, kompota daha çox üstünlük  verin. 
 
8. Mədə probleminiz varsa, mütləq həkimə gedin
 
Ac olarkən mədədə turşu ifrazı və həzm sisteminin hərəkətliliyi azalır. Uzun müddət ac qalmaq onikibarmaq bağırsaq xorası və qastriti olan xəstələrdə şikayətlərin artmasına səbəb olur. Mədənizdə xora və başqa xəstəlik varsa, mütləq həkimə gedin.
 
Gülşən Şərif / Redakor.az