TƏBİB: Yüzlərlə şəxs yas mərasimində koronavirusa yoluxub - SON DƏQİQƏ

 18:54 29.05.2020     2000

"Azərbaycanda koronavirusun yayılması ilə bağlı ən narahatedici məqam yas mərasimləridir. Xüsusən bölgələrədə yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydalara əməl edilmir". 

Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, ən çox yoluxma yas mərasimlərində qeydə alınıb: 

"Bu baxımdan vətəndaşlarımızı qaydalara əməl etməyə dəvət edirik".