Rusiyalı aktyor 90 yaşında ata olub

 07:15 28.01.2021     322

Rusiyalı aktyor İvan Krasko 90 yaşında ata olub.

Redaktor.az xəbər verir ki, aktyorun altıncı övladı dünyaya gəlib.

Bu barədə İ.Krasko televiziyalardan birində yayımlanan "Əslində" adlı tok-şouda məlumat verib.

Qızı doğulan aktyor, "Sevgi varsa, uşağın olması üçün heç bir əngəl ola bilməz" deyib.

O bildirib ki, uşaq süni mayalanma yolu ilə dünyaya gəlib.

Qeyd edək ki, İvan 29 yaşlı Yuliya Kiçemasova ilə sevgilidir. Cütlük artıq nikah masasına oturmağı planlaşdırır. //Axşam.az