Neftin qiyməti kəskin azalır

 05:14 30.09.2020     426

Dünya bazarında neftin qiymətində kəskin düşmə tempi qeydə alınır.

Redaktor.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:20-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti 4,5% azalaraq 40,94 dollar/barel olub.

WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə bir barelə görə 5,12% azalaraq 38,52 dollar təşkil edib. //Report