"Bizim Cəbiş müəllim"in məktəbindəki rəzalətlə bağlı direktordan AÇIQLAMA

 15:23 28.01.2022     7839

Xəbər verdiyimiz kimi, Bakı şəhər 49 nömrəli "İntellekt" məktəb-liseydə çəkilən görüntülər gündəm yaradıb.

Yayılan görüntülərdə şagirdlər dərs prosesi zamanı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər.

Baş verən hadisə ilə bağlı sözügedən məktəbin direktoru Təhminə Əsədova ilə əlaqə saxladıq. Direktor Redaktor.az-a bildirdi ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.

"Hazırda Səbail rayon polis şöbəsinin əməkdaşları uşaqlarla söhbət aparır" - deyə direktor əlavə etdi. 

Qeyd edək ki, "Bizim Cəbiş müəllim" filmi bu məktəbdə çəkilib. Məktəb-lisey hal-hazırda şəhid Rəfail Hüseynovun adını daşıyır.

Şəbnəm Mehdizadə