İmtahan nəticələri üç həftəyə AÇIQLANACAQ

 14:25 05.05.2024     572

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də imtahanlar keçirilib.

Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.