Abşeronda avtomobil 41 yaşlı qadını vurub
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Yolu keçən 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Mirzəşah qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. //Report