Goranboyda evdə partlayış oldu - xəsarət alan var

 11:45 18.01.2022     884

Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-ci il təvəllüdlü P.Namazova bədənin 2 dərəcəli yanğı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır (apa).