Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

 11:55 05.05.2024     231

Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Arzu Balabəyova ailə məişət zəminində bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən qadnın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.