Bakıda “Land Rover” markalı minik avtomobili yandı

 20:46 05.05.2024     256

Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.