Koronavirusun peyvəndi tapıldı - Bu qutunun içində... / FOTO

 09:58 03.12.2020     480

Almaniyanın biotexnologiya şirkəti "BioNTech"in ABŞ-ın dərman şirkəti "Pfizer" ilə birgə hazırladığı koronavirus peyvəndinin kütləvi istifadəsinə icazə verilib.

Redaktor.az xəbər verir ki, COVID-19 peyvəndi olan "Pfizer/BioNTech" 10 aylıq inkişaf mərhələsi və 3 kliniki sınaqdan uğurla keçib. 

Sözügedən peyvənd ilk olaraq Böyük Britaniyada xəstələrə tətbiq olunacaq. Peyvəndin xüsusi qutularda daşınması təşkil olunur.

Orxan İsmayıl / Redaktor.az