Bu şəhərin sakinləri peyvəndə görə pul alacaqlar

 21:37 28.07.2021     729

İyulun 30-dan Nyu-Yorkda koronavirusa qarşı peyvənd vurduran vətəndaşlar 100 dollar alacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

Bildirilib ki, bu məbləği vaksinin birinci dozasını vurduranlar alacaqlar. 

Qeyd edək ki, yazda sakinləri peyvəndlənməyə motivasiya etmək üçün onlara lotereya biletləri paylanmışdı. //Axşam.az