Saçı tökülüb dazlaşanlar bu analizləri versin

 01:45 24.04.2024     325

Qadınlarda keçəlləşmə dərəcəsində saç tökülmə defisit səbəbindən ola bilər.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, məşhur həkim Yelena Malışeva güclü saç tökülməsində veriləcək analizlərdən danışıb.

“Çox zaman dazlaşma, yuvalı keçəllik dəmir defisitli anemiyada olur.

Saçları ovucla tökülənlər anemiya üçün lazımi analizləri versinlər.

Saç tökülməsi saç köklərinin qanla qidalanmaması səbəbindən olur.

Eləcə də qalxanvari vəz hormonları yoxlanmalıdır.

Əsas analizlər hemoqlobin, ferritin, B12, dəmir, TSH analizidir.

O ki qaldı kişi saç tökülməsi, onun mexanizmi kişi hormonlarl androgenlərin dəyişməsindən qaynaqlanır”.