Antibiotiklər qripə təsir etmir ? - Alim açıqladı

 19:56 19.04.2019     725

Qrip və soyuqdəymə zamanı istifadə olunan antibiotiklərin zərəri ortaya çıxıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlamanı Ümumdünya səhiyyə təşkilatının Avropa regionu üzrə rəhbəri Danilo Lo Fo Vonq verib.

 Təşkilat rəsmisi xüsusilə qrip zamanı abtibiotik qəbulunun xəstəliyi azaltmaq əvəzinə əks təsir göstərərək, xəstənin vəziyyətini daha da ağırlaşdırdığını qeyd edib.

Ekspert qripin virus olaraq insan orqanizmində yayıldığını və antibiotiklərin bu virusla  mübarizədə effektiv olmadığını da sözlərinə əlavə edib.

Rüfət Xəlil / REDAKTOR.AZ