Təzyiqdən əziyyət çəkənlər, DİQQƏT! - Hər gün bundan yeyin
Sarımsaq qoxusunun cinsi həyata xoş təsir etmədiyini hər birimiz yaxşı bilirik. Ancaq aparılan araşdırmalar bu fikirin tamamilə yalnış olduğunu subut edib.
Redaktor.az Türkiyə mətbuatına istinadən bildirir ki, kişilər qadını cəlb etmək istəyirsə, 12 saat əvvəl 2 diş sarımsaq yeməlidir. Bununla ağızdan gələn gərəksiz qoxunu yox etmək olar.
Sarımsağın bizi qripdən qoruduğunu, infeksiyalardan uzaq tutduğunu qədimdən bəri bilirik. Elm adamları qış aylarında qripə tutulmamaq üçün insanın hər gün sarımsaq yeməyinin vacib olduğunu bir daha qeyd edir. Sarımsaq faydalı yağlar və amin turşuları ilə zəngindir.
Sarımsağın tərkibində allisin maddəsi vardır. Bu maddə virusları və infeksiyaları öldürür. Sarımsağı çiy halda yemək daha çox tövsiyə olunur.
Yüksək qan təzyiqiniz varsa, pəhrizinizə sarımsaq əlavə edin. Bu damarları genişləndirir və arterial təzyiqi azaldır. Beləliklə, siz baş ağrısından azad olacaqsız.
Sarımsaq beyin yaşlanmasının qarşısını alır. Daimi sarımsaq istifadə etmək yaddaş zəifliyinin də qarşısını alır.
Sarımsaq əzələlərin genişlənməsinə kömək edir.
Antibakterial xüsusiyyətlərinə görə, sarımsaq diş çürükləri üçün də yaxşıdır. Mütəmadi olaraq bu bitkidən istifadə etsəniz, diş həkiminə getməyə etiyac qalmayacaq.
Gülnar Süleymanova /REDAKTOR.AZ