Hamilə qadınların diqqətinə - Çox yemək...

 04:45 28.04.2019     1505

Honkonq Universitetinin alimləri yeni tədqiqatların nəticəsinə əsasən bildiriblər ki, hamilə qadınların həddindən artıq yeməsi təhlükəlidir. Belə ki, bu uşaqlarda şəkərli diabetin yaranmasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatlar 900 hamilə üzərində aparılıb. Araşdırmalardan bəlli olub ki, həddindən artıq yemək orqanizmin yüklənməsinə səbəb olur və ana bətnindəki uşaqda insulinə qarşı müqavimət artır. Bu da ikinci tip diabetin inkişaf etməsi ilə nəticələnə bilər.

Çin alimləri, eyni zamanda, onu da qeyd ediblər ki, şəkərli diabet uşaqlarda özünü yeddi yaşadək büruzə verə bilər. Bu səbəbdən mütəxəssislər qadınlara hamiləlik müddətində düzgün qidalanmağı və çəkilərinə nəzarət etməyi məsləhət görürlər.

Gülnar Süleymanova / REDAKTOR.AZ