Hamilə qadınlar DİQQƏT! - Hepatit C uşağa keçə bilərmi? / VİDEO

 16:39 03.05.2019     893

Hepatit C qaraciyərdə müşahidə olunan ən geniş yayılmış xəstəliklərdən biridir. Hər nə qədər immun sistemimiz güclü olsa da, bu, müalicəsi çox çətin xəstəlikdir.

Redaktor.az-ın məlumatına görə, hepatit C xəstəliyini törədən virusların yox edilməsi çox çətindir. Məhz buna görə bu xəstəlik xronikləşə bilər. Xronikləşməsi qaraciyəri zədələməsi və qaraciyər çatışmazlığına səbəb olması deməkdir. Uzun illər həkimlər bunu nə “A”, nə də “B” virusu” kimi adlandırıblar. Sonralar C hepatiti virusunun strukturu, genetikası, fəaliyyət mexanizmləri öyrənilib.

Bu xəstəliyə bəzən gizli düşmən də deyirlər. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Xəstəlik özünü biruzə vermədiyindən bunu sezmək çox çətindir. Amma illər keçəndən sonra həmin xəstəliyin virusuna yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur.