Təzyiq, diabet, ürək xəstələri ORUC TUTA BİLƏR? - İzahı
Xroniki xəstəliyi olan insanlar Ramazan ayında oruc tutmaqda çətinlik çəkir.
Maraqldıdır, bu cür xəstələr oruc tuta bilərmi?
Redaktor.az xəbər verir ki, mütəxəssislərə görə xroniki xəstələr oruc tuta bilər.
Mədə xəstələri
Ramazan ayında oruc tutan bu şəxslər ilk günlərdə mədəni rahatlaşdırmaq üçün yüngül qidalar qəbul etdməlidir. Mədə xorası olanlar imsakda duzlu qidalar qəbul etməməlidir. Mədə turşuluğu çox olanlar isə Ramazandan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Təzyiq xəstələri
Təzyiq xəstəliyi olan şəxslər Ramazan ayında mütləq şəkildə qan təzyiqini tənzimləyən qidalara üstünlük verməlidir. Dərman qəbulu imsak və iftar saatlarına uyğun tənzimlənməlidir.
Diabet xəstələri
Bu şəxslər Ramazan ayında uzun müddət ac qaldıqları üçün qan şəkərinin düşməsi, yaxud dərman qəbulunun nizamsızlığından qaynaqlanan şəkərin yüksəlməsi kimi risklərlə qarşılaşa bilərlər. Bu səbəblə, şəkər xəstələri oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Mütəxəssislər insulin qəbul edən xəstələrin huşunu itirmə halı olduğu üçün oruc tutmamalarını tövsiyə edir.
Böyrək xəstələri
16 saatdan çox susuz qalma hallarında böyrək xəstələrinə oruc tutmamaları tövsiyə edilir. Risk daşımayan böyrək xəstələri isə iftar və imsakda bol su içməlidir. Bu xəstələrin maye miqdarı yüksək olan qidaları yeməsində fayda var.
Ürək xəstələri
Ürək xəstələrinin bir qisminin dərmanları ağır olduğuna görə, mütəxəssislər həmin xəstələrə oruc tutmamağı tövsiyə edir. Ancaq həkimlər ürək ritmi pozuntusu, panik atak kimi hallarda dərman saatını iftar və imsaka görə müəyyənləşdirməkdə bir nöqsan olmadığını bildirirlər.
Gülşən Şərif / Redaktor.az