1 ay alkoqol qəbul etmədikdə bədəndə nə baş verir?

 02:06 02.06.2020     881

28 gün ərzində alkoqol qəbul etməyən orqanizmdə ciddi dəyişikliklər meyadana gəlir.

Redaktor.az oxucuları bu dəyişikliklərlə tanış edir.

Spirt bədənə girdiyi andan etibarən orqanlara, toxuma inflamasiyasına, hətta DNT-yə qədər bir çox orqanlara zərər verə bilir. Həddindən artıq spirt qəbulu şəkər xəstəliyi, qaraciyər çatışmazlığı və bəzi xərçəng növlərinin yaranması riskini artırır. Odur ki, həm ruhi sakitliyi, həm də səhhətin yaxşılaşdırılması üçün alkoqoldan imtina etməyə dəyər.

Şəkər həssaslığı azalır

Spirt qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da şəkər ehtiyacını yüksəldir. Alkoqolu azaltdığınız zaman qanda şəkərin miqdarı normaya düşür və şirniyyat istəyi azalır. Bu da sabit çəkinin qorunub saxlanmasına birbaşa təsir edir.

Qaraciyər funksiyasını bərpa edir

Mütəmadi olaraq spirtli içki qəbul edən adamlarda qaraciyər hüceyrələri ölür, hətta qaraciyər üzərində yaralar meydana gələ bilər. İkinci həftədən etibarən qaraciyərin funksiyası yavaş-yavaş sabitləşməyə başlayır. Qarşıdakı günlərdə qaraciyər yağlanması tədricən azalır, nəticədə qaraciyərin bədəni toksinlərdən təmizləmək funksiyası da artır.

Yuxu keyfiyyəti yaxşılaşır

Spirtin yuxu gətirdiyi deyilsə də, əslində yuxunun pozulmasına səbəb olur. Spirtli içki yuxunu qarışdırdığı üçün kabuslar görməyə başlayırsınız. Spirtdən uzaqlaşdıqca yuxu keyfiyyəti də artır. Beləcə günə çox daha aktiv başlayırsınız.

Dəri özünü yeniləyir

Üçüncü həftədən etibarən göz altındakı tünd halqalar azalır, şiş və qızartı keçir, dəri rəngi canlanır və tonusunu bərpa edir.

Dişlər güclənir

Alkoqol tüpürcək ifrazını azaldır. 21-ci gündən sonra diş minaları güclənməyə başlayır. Bu, diş çürüməsinin də qarşısını alır.