“Harri Potter”in rejissoru illər sonra etiraf etdi

 07:17 29.11.2020     606

“Harri Potter və fəlsəfə daşı”nın rejissoru Kris Kolambus illər sonra film haqqında etiraflar edib.

Redaktor.az xəbər verir ki, Kris ilk dəfə belə bir ekran işinin rejissorluğunu etdiyinə görə ona kənardan böyük təzyiq edildiyini deyib.

Rejissor filmin çəkilişlərinin yaxşı olmayacağı təqdirdə hərşeyin məhv olacağını bildirib:

“19 il əvvəl bu filmi çəkəndə hərşey yaxşı idi. Lakin ilk ekran işim olduğu üçün çox narahatlıq keçirirdim. İlk iki həftə hər gün qovulacağımı düşündüm. Ən kiçik səhvim qovulmağıma səbəb olacaqdı. Lakin bunlara baxmayaraq, bütün diqqətimi topladım və işimin öhdəsindən lazımınca gəldim”. //Axşam.az