Dünyanın ən yaşlı pişiyi - Foto

 17:44 24.11.2022     346

İngiltərədə yaşayan 26 yaşlı Flossi dünyanın "həyatdakı ən yaşlı pişik" adı ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Redaktor.az BBC-ə istinadla xəbər verir ki, pişiklərdə 26 yaş insanlarda 120 yaşa bərabərdir.

Məlumata görə, qəhvəyi və qara rəngli dişi pişik Flossi yaşı ilə əlaqədar eşitmə və görmə problemləri yaşayır. Qoca olmasına baxmayaraq, Flossi hələ də oynaq və maraqlı pişikdir.

Qeyd edək ki, indiyə qədər qeydə alınan ən yaşlı pişik 38 yaşlı "Krem Paff" olub. O, 2005-ci ildə vəfat edib.

Həmidə İbrahimova

Flossie and Vicki Green