Polis ŞÜBHƏLİ çanta tapdı - İçindən çıxanlara İNANMAYACAQSINIZ / FOTOLAR

 14:37 19.04.2019     6572

Türkiyə polisi Adana şəhərində tarixi əşyaları satmaq istəyən şübhəlilərə qarşı əməliyyat keçirib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, 2 tarixi İncil kitabı, qədim pul və tarixi möhürün satıldığı barədə məlumat əldə edən polislər, şübhəlilərlə alıcı qismində əlaqə yaradıb. Onlar alıcıların polis olduğunu başa düşən kimi qaçmağa başlayıb. Maraqlısı isə şübhəlilərin qaçarkən tarixi əşyaların olduğu bağlamanı yerə atmaları olub.

Polis yerə atılan həmin şübhəli çantanı tapıb və içinə baxdıqdan sonra tarixi əşyaların olduğunu görüb.

Daha sonra şübhəlilər həbs ediliblər. Onların əşyaları hansısa muzeydən oğurladığı güman edilir.

Anar Türkeş / Redaktor.az

2222