Qazıntı zamanı tapılan tunellə GETDİLƏR: Elə şeylər gördülər ki... - FOTOLAR
Yunanıstanın Saloniki şəhərində metro xətti üçün aparılan qazıntı işləri zamanı tarixi əsərlər tapılıb.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların arasında qızıl çələng, üzük və heykəllər var. Ümumiyyətlə indiyə qədər 300-ə qədər əsər tapılıb. Onların Bizans imperiyası dövrünə aid olduğu güman edilir. Həmçinin, ərazidə 5000 məzar qalığına və 1 tarixi tunelə də rast gəlinib. Tarixi əşyların üzə çıxmasına görə, qazıntı işləri dayandırılıb.
Tarixçilər ərazidə digər əsərlərin ola biləcəyini istisna etmir. Hakim dairələr tarixi əsərlərə zərər veriləcəyindən ehtiyat edir. Bu səbəbdən, qazıntı işləri xüsusi təyinatlı dəstəyə həvalə olunacaq.
Qeyd edək ki, Yunanıstanın ikinci ən önəmli şəhəri hesab edilən Saloniki, Bizans imperiyasının mərkəzi ərazilərində biri idi.
Anar Türkeş / Redaktor.az