Tarixi hadisə: 500 il sonra üzə çıxdı - FOTO

 15:49 02.05.2019     1022

İtaliyanın dünyaca məşhur rəssamı Leonardo da Vinçinin köməkçisi tərəfindən ərsəyə gətirilən əskiz, ilk dəfə Londondakı sərgidə nümayiş olunacaq.

Redaktor.az xəbər verir ki, əsərin onun hansı köməkçisi tərəfindən ərsəyə gətirildiyi məlum deyil.  Əskizin rəssamın köməkçisinə məxsus olduğu “Royal Collection Trust” şirkətinin araşdırması nəticəsində üzə çıxıb.

Qeyd edək ki, təyyarə, helikopter və paraşüt kimi ixtiraların olacağı barədə əvvəlcədən məlumat verən Leonardo da Vinçi, 1519-cu ildə vəfat edib. Güman edilir ki, əsər rəssamın ölümündən bir neçə il əvvəl çəkilib.

Anar Türkeş / Redaktor.az