Jurnalistlərin ən çox əziyyət çəkdiyi XƏSTƏLİKLƏR

 16:32 03.05.2019     956
Mətbuat işçilərinin daha çox düçar olduqları xəstəliklərin başında infarkt və yüksək təzyiq gəlir.
 
Redaktor.az-ın məlumatına görə, jurnalistlərin saatlarla komputer qarşısında oturması, daim stresli və gərgin olması onların bəzi xəstəliklərə daha çox meyilli olmasına yol açır.
 
Depressiya
 
Türkiyəli psixiatr Ömər Olukun sözlərinə görə, ruhi sağlamlığı pozan peşələrdən biri jurnalistikadır. Jurnalistlərin depressiyaya düşməsi ən çox rast gəlinən hallardan biridir.
 
Bel və boyun yırtıqları 
 
Fiziki Müalicə və Reabilitasiya mütəxəssisi Meral Bayramoğlu qeyd edib ki, stresli və gərgin işləmək jurnalistlərdə sinir pozğunluğuna səbəb olur. Bundan başqa, jurnalistlərin bel və boyunlarında ağrılar başlaya və irəliləyə bilər. Mütəxəssis mütəmadi olaraq boyun idman hərəkətləri ilə məşğul olmağın vacibliyini vurğulayıb.
 
Göz xəstəlikləri 
 
Gözdə ağrı, yorğunluq, narahatlıq, quruma, bulanıq görmə, qızarıqlıq daim kompüter qarşısında oturmalı olan jurnalistlərin qarşılaşdığı problemdir. Bundan qaçmaq üçün gözü nəmli saxlayan göz damcılarından mütləq istifadə edilməlidir.
 
Gülşən Şərif/ Redaktor.az