Ordumuz Türkiyədə belə qarşılandı - VİDEO

 10:43 18.01.2021     905

Türkiyə və Azərbaycan Ordusu “Qış təlimi-2021” təlimlərində birgə iştirak edəcək.

Redaktor.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ən əhatəli qış məşqi 1-12 fevral tarixləri arasında Qarsda keçiriləcək. Təlimdə iki qardaş ölkənin orduları qış şəraitində döyüş imkanlarını və qabiliyyətlərini nümayiş etdirəcəklər.

Təlimdə tank bölmələri, top batareyaları, Xüsusi Təyinatlı Qüvvələr, minaatan və snayper heyəti, helikopterlər də iştirak edəcək.

Məlumatda qeyd olunub ki, artıq Azərbaycan hərbçiləri Qars şəhərindədir. Ordumuz qardaş ölkədə böyük coşğuyla qarşılanıb.

Orxan İsmayıl / Redaktor.az