Azərbaycanda media azadlığı təmin edilir

 14:22 03.05.2024     164

Ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Bir sıra ölkələrdə saytların bloklanıb, redaksiyaların bağlandığı bir vaxtda belə Azərbaycanda mediaya olan dəstək cənab Prezidentin ölkəmiz və jurnalistikaya verdiyi töhfələrdən biri olub. Azərbaycan Respublikası Prezidenti tərəfindən media ilə islahatların genişləndirilməsi, dərinləşdirilməsi üçün 2021-ci il 12 yanvar tarixində “Medianin İnkişafı Agentliyi“ yaradılması haqqında fərman imzalanıb. Agentliyin yaranmasında məqsəd müvafiq sahənin inkişafını təmin etmək, dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, həmin ixtisas üzrə təhsil almış gənclərə dəstək olmaq və s. kimi tədbirlər planıdır. Azərbaycan qanunları media azadlığını dəstəkləyir. Azad edilmiş torpaqlara media turları təşkil edilir. İfadə və soz azadlığının yüksək şəkildə təmin olunması üçün bütün tələblər yerinə yetirilir. Azərbaycanda müasir mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər və fədakarlıq tələb edən əməkdir“. Peşəsində vicdanla çalışan, cəsurlugu, kişi qeyrəti ilə seçilən türk dünyasının Tomrisi olan Qənirə xanim Paşayevanı da bu peşənin fədailərindən biri kimi misal göstərə bilərik. Birinci Qarabağ savaşında Qarabağ həqiqətlərini dünyaya catdırmaqda müstəsna, danılmaz xidmətləri olan Çingiz Mustafayevi də bu yerdə qeyd etməsək olmazdı.

Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının yaradılmasını təmin edir. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasına yol açır .

Loğman Zeynallı,

YAP Ağsu Aqropark ƏPT sədr müavini