ABŞ səfiri Prezidentin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

 14:00 06.05.2024     795

ABŞ səfiri Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

“Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, - bildirilib.

ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşübABŞ səfiri Şuşada Aydın Kərimovla görüşüb