Məşhur azərbaycanlı bəstəkar vəfat etdi - FOTO

 09:48 01.05.2024     551

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.

Redaktor.az axsam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.

Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.