Kəlbəcərdə qəza - hərbçimiz vəfat etdi - YENİLƏNİB

 16:54 03.05.2024     716

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə nazirlikdən bildirilib.

13:25

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili minik avtomobilli ilə toqquşub.

Qəzada 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.

Yol qəzasında xəsarət alanların hərbçi olduqları bildirilir (apa).

222