Kartof xoşlayanlar bunu diqqətlə OXUSUN!

 10:00 01.05.2024     292

Kartof yüksək glisemik indeksinə görə ən zərərli tərəvəzlərdən biridir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Daria Utyumova deyib.

Mütəxəssisin fikrincə, əhəmiyyətli qlikemik indeksi olan məhsulun istehlakı qanda qlükoza səviyyəsinin kəskin artmasına gətirib çıxarır ki, bu da sağlamlığa son dərəcə mənfi təsir göstərir.

Utyumova izah edib ki, yüksək qlükoza konsentrasiyası mədəaltı vəzi tərəfindən əlavə insulin istehsalına gətirib çıxarır və yağ yığılması prosesini gücləndirir. Buna görə şəkərli diabet və ya piylənmə olan insanlar üçün kartof istehlak etmək tövsiyə edilmir.

Humay İSGƏNDƏRLİ