Cökə çiçəklərinin faydası

 11:08 01.05.2024     264

“Cökə çiçəkləri qədim xalq təbabətində geniş istifadə edilib".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu biologiya və bioekologiya üzrə dosent Roman Oparin deyib.

"Cökə çiçəklərinin tərkibində iltihabəleyhinə xüsusiyyətlərə malik flavonoidlər, efir yağları boğaz ağrısı, öskürək, burun axması, baş ağrıları, mədə-bağırsaq xəstəlikləri, böyrəklər, digər xəstəliklərə kömək edə bilər və antiallergik təsir göstərir. Cökə çiçəyi çayının xoş dadı və ətri var, sakitləşdirir, gərginliyi aradan qaldırır, spazmolitik kimi çıxış edir, həzmi və orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Bundan əlavə, cökə çiçəklərindən yeməklərin hazırlanmasında - bəzək kimi və ya xörəklərə xüsusi dad əlavə etmək üçün də istifadə olunur”, - deyə mütəxəssis bildirib.

Oparin deyib ki, cökə çiçəklərini düzgün şəkildə günəş işığında deyil, kağız və ya parça materialı üzərində, isti və quru yerdə qurutmaq lazımdır.

Humay İSGƏNDƏRLİ