Azərbaycanda əhaliyə vurulan peyvəndlərə daha biri əlavə edildi

 09:13 02.05.2024     432

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə GDT Hib Hep B İPV (Heksavaksin) peyvəndi əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyay keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.