Ağciyər hipertoniyasının əlamətləri

 09:32 06.05.2024     499

"Ağciyər hipertoniyası ağciyərin arteriya təzyiqinin artması ilə xarakterizə olunan xəstəliklər qrupudur".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim-mütəxəssis Denis Sokolov deyib.

"Ağciyər hipertoniyası mürəkkəb bir mənşəyə malikdir, buna görə də onun diaqnozu və müalicəsi olduqca çətindir. Vaxtında aşkarlanma və müalicə olmadıqda, irəliləyir və ağırlaşmalar üçün təhlükəlidir. Statistikaya görə, müalicə olmadan xəstənin ömrü iki ilə iki il yarımdan çox deyil. Ağciyər hipertenziyasının inkişaf şansını artıran bir neçə risk faktoru var: qadınlar kişilərə nisbətən bu xəstəliyə daha çox həssasdırlar. Nəfəs darlığı, daimi yorğunluq hissi,öskürək, tez-tez başgicəllənmə və huşunu itirmə xəstəliyin əlamətləridir", - deyə həkim bildirib.

Humay İSGƏNDƏRLİ