"Məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və satqın adı ilə ona ..." - Diplomatdan AÇIQLAMA

 17:46 03.05.2024     331

Ermənistanda Azərbaycanla sərhədin delimitasiya olunmasına qarşı etirazlar davam edir. 

Bəs ermənilər niyə delimitasiyanın baş tutmasını istəmir, nə üçün bu prosesə qarşı etiraz edirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq, diplomat Fikrət Sadıxov dedi ki, erməni cəmiyyətinin müəyyən bir hissəsi delimitasiyaya qarşıdır.

"Bunlar da Qarabağ klanının nümayəndələri, revanşistlər, radikallar və eyni zamanda həmin o kəndlərdə yaşayan bir sıra sakinlərdir. Bunlar hesab edir ki, əgər onlar 30 il Azərbaycanın faktiki olaraq işğal olunmuş torpaqlarında yaşayıbsa, bundan sonra da əbədi yaşamalıdırlar. Çox absurd bir məntiqdir. Onları birmənalı şəkildə qızışdıran qüvvələr də var. Bütün bu hərəkətlərin əsas məqsədi Baş nazir Nikol Paşinyanın hakimiyyətini laxlatmaq, onu hakimiyyətdən uzaqlaşdırmaq və satqın adı ilə ona qarşı addımlar atmaqdır", - deyə diplomat bildirdi.

Humay İSGƏNDƏRLİ