Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət etdi

 22:17 03.05.2024     200

Azərbaycanın ABŞ-dəki səfirliyi mayın 8-də Texas ştatının Hyuston şəhəri və ətraf ərazilərində konsulluq xidməti təşkil edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.

“Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaqdır. Tələb olunan sənədlərə dair ətraflı məlumata link vasitəsilə keçid edə bilərsiniz: https://washington.mfa.gov.az/az/content/245/umumi-melumat. Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.