Prezident Türkiyə ilə bu sazişi TƏSDİQLƏDİ

 14:20 04.05.2024     185

Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.