İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçildi

 17:22 04.05.2024     262

Müsavat Partiyasının yeni başqanı məlum olub.

Redaktor.az xəbər verir ki, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. Səsvermədə 282 qurultay nümayəndəsindən 279-u İsa Qəmbərin lehinə səs verib.

Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.