Selena Qomez sevgilisinə görə 1 milyondan çox abunəçisini itirdi

 19:42 01.05.2024     379

Müğənni Selena Qomez sevgilisi Benni Blankoya görə bir gündə 1 milyondan çox abunəçisini itirib.

Redaktor.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Selena Qomez və Benni Blankonun ortaq fotolarının yer aldığı paylaşımın dərcindən bir gün sonra müğənninin abunəçilərinin sayı 429-dan 428 milyona qədər azalıb. Şərhlərdə cütlüyü və prodüserin xarici görünüşünü bəyənmədiklərini yazıblar.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Selena Qomez musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü təsdiqləyib. Məşhur sosial şəbəkədə yeni sevgilisi ilə birgə fotolarını yayımlayıb. Fotolardan birində Blanko sənətçinin dodaqlarından öpür. Ulduzlar bir-birlərini çoxdan tanıyırlar. 2021-ci ildə Selena Qomez və Benni Blanko "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq ediblər. Yanvar ayında müğənni ilk dəfə sevgilisi "Emmy" mükafatlandırma mərasimində birlikdə görünüblər.

Bu yaxınlarda bir məşhur insayder müğənni və prodüserin son vaxtlar müxtəlif şəhərlərdə olmasına baxmayaraq, Selena Qomez və Benni Blanko arasında romantikanın yeni səviyyəyə çatdığını bildirib.

AYTAC